Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda prorektor dəyişikliyi olub.
Bizim.Media Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, institutun elmi işlər üzrə prorektoru, dosent Məmmədəli Meybəliyev vəzifəsindən azad olunub. O, 2006-cı ildən həmin vəzifədə çalışırdı.
Nazirin digər əmri ilə əczaçılıq elmləri doktoru, professor Cəmilə Yusifova Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi işlər üzrə prorektoru təyin edilib.
Xatırladaq ki, Cəmilə Yusif qızı Yusifova son təyinata qədər Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasının professoru vəzifəsində işləyib.
Qeyd edək ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Səhiyyə Nazirliyinin tabeliyindədir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:34 / 03.10.2026
Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı
Hazırda oxunan: Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı
Hazırda oxunan: Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı
640148
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































