Venesiya Kino Festivalında rejissor Aleks Gibninin İlon Maskdan bəhs edən dörd saatlıq "Mask" adlı sənədli filminin premyerası baş tutub və dörd dəqiqəlik ayaqüstə alqışlanıb.
Xatırladaq ki, film milyarderin siyasi transformasiyası, kosmik və avtomobil layihələri, eləcə də şəxsi həyatı kimi həssas mövzulara toxunur.
Bizim.Media xəbər verir ki, İlon Mask sosial şəbəkə X-də filmə və rejissora qarşı sərt ifadələr işlədib.
O, Gibninin "sıfır dəyərə" malik dəhşətli insan olduğunu və filmin sifarişli material olduğunu bildirərək, "hətta it peysərinin bundan daha çox hörmətə layiq olduğunu" yazıb.
Filmdə Maskın birinci həyat yoldaşı Cestin Mask, atası Errol Mask, həmçinin uşaqlarının analərindən biri olan Eşli Sent-Kler də daxil olmaqla bir sıra şəxslər yer alıb.
Eşli Sent-Kler uşağın doğumundan sonra ona 40 milyon dollarlıq gizlilik sazişi təklif edildiyini iddia etsə də, Mask bu iddiaları qəti şəkildə təkzib edib.
Aleks Gibni mətbuat konfransında bildirib ki, əvvəlcə Maskın özündən müsahibə almaq istəsələr də, o imtina edib. Buna görə də komanda filmdə milyarderin əvvəlki açıqlamalarına əsaslanan süni intellekt (AI) avatarından istifadə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:54 / 10.09.2026
Haqqında çəkilən sənədli filmi belə TƏNQİD ETDİ
Hazırda oxunan: Haqqında çəkilən sənədli filmi belə TƏNQİD ETDİ
Hazırda oxunan: Haqqında çəkilən sənədli filmi belə TƏNQİD ETDİ
635881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































