2026–2027-ci tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 1 nömrəli idman liseyinin və “Vətən” idman liseyinin V sinfinə, həmçinin VI–IX siniflər üzrə vakant şagird yerlərinə, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbinin II–IX sinifləri üzrə vakant şagird yerlərinə qəbul üçün qeydiyyat prosesinə start verilir.
Bu barədə Bizim.Media-ya BŞTİ-dən məlumat verilib.
Qeydiyyat prosesi 20 avqust saat 15:00-dan 24 avqust saat 18:00-dək sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçiriləcək.
Qeyd edək ki, sözügedən təhsil müəssisələrinə qəbul prosesi müəyyən edilmiş qaydalara uyğun olaraq müsabiqə əsasında aparılacaq.
Namizədlər müəyyən edilmiş müddət ərzində sy.edu.az portalına daxil olaraq elektron qaydada qeydiyyatdan keçə bilərlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:26 / 20.08.2026
İdman liseyləri və Bülbül məktəbinə qəbul üçün qeydiyyat BAŞLAYIR
Hazırda oxunan: İdman liseyləri və Bülbül məktəbinə qəbul üçün qeydiyyat BAŞLAYIR
Hazırda oxunan: İdman liseyləri və Bülbül məktəbinə qəbul üçün qeydiyyat BAŞLAYIR
632065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































