Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, sənətçi ailəsində keçirilən tədbirdən söz açaraq görüntülərin qonaqlardan biri tərəfindən lentə alınaraq paylaşıldığını bildirib.
Dadaşova qeyd edib ki, videoda görünüşü ilə bağlı dostlarından çoxsaylı zənglər alıb:
“Bu yaxınlarda ailəmizdə gözəl bir günü təntənəli şəkildə qeyd etmişik. Hamımız çox gözəl rəqs etmişdik. Dostlarımın çoxu zəng edib soruşur ki, “Brilliant, sənə nə olub? Orada yaxşı görünmürdün”.
Mən də gördüm ki, yaxşı görünmürdüm. Dənizdən gəlmişdim, qaralmışdım. Sağ olsun, qonaq xanımlardan biri çəkib paylaşmışdı.
Bizə baxıb sevinənlərə Allah can sağlığı versin, gözü götürməyənlərin də Allah köməyi olsun”. (axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
03:35 / 20.08.2026
"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO
Hazırda oxunan: "Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO
Hazırda oxunan: "Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO
632010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































