2025-ci ildə Azərbaycanda sürətli poçt və kuryer xidmətlərindən toplanan gəlirin həcmi 24,2 milyon manata çatıb.
Bizim.Media Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə istinadən xəbər verir ki, bu rəqəm 2024-cü illə müqayisədə 8,4 % azalma deməkdir.
Bununla belə, sırf kuryer çatdırılmalarından əldə olunan qazanc kəskin yüksələrək 2 dəfə artıb və 8,8 milyon manata çatıb. Ümumilikdə son 5 illik dinamikaya nəzər saldıqda, sürətli poçt və kuryer sahəsinin gəlirlərində 2,3 dəfə, yalnız kuryer xidmətlərində isə 5 dəfə artım qeydə alınıb.
Ötən il ərzində ölkə üzrə ümumi çəkisi 330,2 min kiloqram təşkil edən 1 milyon 305,6 min ədəd sürətli poçt bağlaması daşınıb. Bu daşımaların böyük hissəsini — 1 milyon 163,4 min ədədini sənədlər, 142,2 min ədədini isə müxtəlif mallar təşkil edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
05:46 / 20.08.2026
Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı
Hazırda oxunan: Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı
Hazırda oxunan: Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı
632021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































