55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Hazırda oxunan: 55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

632049

İmişlidə uzun illər pedaqoji fəaliyyət göstərmiş Allahverdi Məmmədov vəfat edib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 1946-cı il təvəllüdlü Allahverdi Məmmədov rayonun Ayaz Kərimov adına Bəcirəvan kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb.

O, ömrünün 55 ilini Bəcirəvan kəndində gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Müəllimin yetirmələri arasında müxtəlif sahələrdə tanınan şəxslər də var.

Allahverdi Məmmədovla vida mərasimindən sonra onun cənazəsi çalışdığı məktəbin həyətinə gətirilib. Daha sonra müəllim həmkarları, şagirdləri və kənd sakinlərinin iştirakı ilə son mənzilə yola salınıb.

Məlumata görə, Allahverdi müəllim vəfatından əvvəl cənazəsinin çalışdığı məktəbə gətirilməsini vəsiyyət edibmiş. Onun son arzusu ailəsi və həmkarları tərəfindən yerinə yetirilib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin