ABŞ Apellyasiya Məhkəməsi Ağ Evdə dəyəri təxminən 400 milyon dollar olan yeni rəqs zalının tikintisini müvəqqəti olaraq dayandırıb.
Bizim.Media-nın xarici KİV-ə istinadla verdiyi məlumata görə, hakimlər qərarda qeyd ediblər ki, Prezident Donald Tramp iqamətgahın sahibi deyil, sadəcə orada müvəqqəti məskunlaşıb.
Üç hakimdən ibarət kollegiya qərarı səsçoxluğu ilə (ikinin birə nisbətində) qəbul edib.
Məhkəmənin rəyinə görə, layihənin icrası üçün Konqresin razılığı alınmalıdır, çünki dövlət başçısı federal mülkiyyət obyektini müstəqil şəkildə dəyişdirmək səlahiyyətinə malik deyil.
Məhkəmə sənədində qeyd olunub ki, hər bir prezident Ağ Evin və onun iqamətgahının sahibi deyil, sadəcə müvəqqəti sakinidir.
Prezidentin bu mülkiyyət üzərində konstitusiya ilə təsbit edilmiş səlahiyyətləri yoxdur. Bu mülk dövlətin indiki və gələcək rəhbərlərinin, eləcə də Amerika xalqının istifadəsi üçün nəzərdə tutulub.
Hakimlər onu da qeyd ediblər ki, bu qərar tikintiyə qəti qadağa qoymaq demək deyil.
Konqresdən lazımi icazələr alındıqdan sonra layihə yenidən icra edilə bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:38 / 07.08.2026
ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı
Hazırda oxunan: ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı
Hazırda oxunan: ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı
629922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































