Ukrayna Prezidenti Volodimir Zelenski "BFMTV" telekanalına müsahibəsində cəbhədəki vəziyyəti şərh edərək bildirib ki, Rusiya müharibəni hələ uduzmayıb, lakin artıq təşəbbüsü əldən verib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, ilin əvvəlində ruslar yavaş-yavaş irəliləsələr də,sonradan vəziyyət dəyişib:
"Onlar 50 kilometrlik məsafədə 150 min insan itirdilər. Əsl müharibə budur. Putinin istifadə etdiyi bu zərbələr, ballistik raketlər onun öz müharibəsini apardığının göstəricisidir".
Zelenski hesab edir ki, əgər Putin qələbə qazana bilməsə, bu, təkcə Ukrayna üçün deyil, digər ölkələr üçün də böyük təhlükəyə çevriləcək:
"O, başqa yerləri, başqa insanları ələ keçirməyə və yenidən öldürməyə çalışacaq". Prezident qeyd edib ki, Rusiya müharibəyə daha çox ölkəni cəlb edə bilər və atəşkəs sülhə şans vermək üçün, ilk növbədə, Rusiyanın özünə və onun xalqına lazımdır.
Ukrayna ordusunun gücünə toxunan Zelenski bildirib ki, Rusiya ilə dörd illik müharibədən sonra Ukrayna artıq öz pilotsuz uçuş aparatlarını, raketlərini, artilleriyasını, zirehli texnikasını və 155 mm-lik toplarını istehsal edir:
"Hazırda bizim dünyanın ən güclü və ya ən güclülərindən biri olan ordumuz var, lakin o, ən ağır şəraitlə üz-üzədir".
Prezident vurğulayıb ki, Ukrayna işğalı deyil, məhz müdafiəni hədəfləyir: "Ona görə də biz prioritetləri müəyyən edərək, bir çox vacib məqama – özünümüdafiəyə köklənirik".
Ukrayna liderinin fikrincə, Rusiyanın başlatdığı müharibənin başa çatması üçün ilk addım tam atəşkəs olmalıdır, lakin buna nail olmaq və onu qoruyub saxlamaq olduqca çətindir.
Prezident bildirib ki, Ukrayna atəşkəsə nail olmaq üçün çalışır, lakin bunun üçün hər iki tərəfin hazır olması vacibdir:
"İki tərəf var – Rusiya Ukraynaya qarşı, lakin bizi dəstəkləyən, vasitəçi kimi çıxış edən və ya bizə qarşı olan çoxsaylı nümayəndələr də mövcuddur. Əsas çətinliklər ondadır ki, bu iki tərəf, belə demək mümkünsə, vahid deyil; həyata baxışlarımız müxtəlifdir, lakin biz bir məqamda birləşirik: atəşkəsə ehtiyacımız var".
O, əsas problemin Rusiyanın sülhə doğru real addım atmaq istəməməsi olduğunu vurğulayıb.
Zelenski həmçinin Putinin Ukrayna ilə bağlı məqsədlərindən əl çəkmədiyini bəyan edib:
"Çünki onun qələbəyə ehtiyacı var. Onun üçün qələbə, əlbəttə ki, Ukraynanın işğalıdır, lakin o, bunu edə bilməyəcəyini anlayıb".
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:21 / 14.07.2026
Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib
Hazırda oxunan: Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib
Hazırda oxunan: Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib
625229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































