İranda sel və daşqınlar nəticəsində 3 nəfər ölüb

Hazırda oxunan: İranda sel və daşqınlar nəticəsində 3 nəfər ölüb

624383

İranın Qərbi Azərbaycan əyalətlərinin Bukan, Mehran və Alamut şəhərlərində baş verən daşqınlar nəticəsində 3 nəfər ölüb.

Ümumilikdə İranın 24 vilayəti sel və daşqınlardan zərər çəkib.

Ən çox zərərçəkən vilayətlər Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İlam, Kürdüstan, Kirmanşah və Loristandır. Hazırda bu vilayətlərin 16 şəhərində xilasetmə işləri aparılır.

Bundan əlavə Kənduvan yüksəkliklərindən qayaların düşməsi ilə bağlı xəbərdarlıq edilib. Hava şəraiti ilə əlaqədar Kənduvan yüksəkliklərindən qayaların uçması ehtimalı var. Sürücülərə diqqətli olmaları ilə bağlı xəbərdarlıq edilib.

Yağışlar Gilanqarbın kənd təsərrüfatına da böyük ziyan vurub, 4 körpü dağılıb. Hazırda elektrik enerjisinin verilişi kəsilib.

İndiyədək ölkədə daşqınlardan zərərçəkmiş 11 şəhər, 21 kənddə 861 nəfərə yardım göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin