“ABŞ-nin regionda daha geniş və fəal iştirakı gözlənilir. Həmçinin ABŞ-nin Mərkəzi Asiya və daha geniş Xəzər regionuna münasibətdə yeni geostrateji düşüncəsinin formalaşdığını da müşahidə edirik. Azərbaycan və ABŞ münasibətləri isə tamamilə yeni mərhələyə yüksəlib”.
Bizim.Media xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası təqdirəlayiq rol oynayıb.
“Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü. Onlar bildirdilər ki, sülh gündəliyini dəstəkləyirlər. Nəticə olaraq Prezident Tramp öz siyasi çəkisini bu prosesə yönəltdi”, - deyə Prezidentin köməkçisi bildirib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:52 / 02.10.2026
Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA
639999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































