Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən məlumat verilib.
DİN Mətbuat Xidmətindən bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.
"Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar", - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Sumqayıtda 36 nömrəli məktəbin 8-ci sinif şagirdləri zəhərlənib. 21 nəfər şagird tibb müəssisəsinə yerləşdirilib. AQTA zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır. Zəhərlənməyə səbəb kimi evdən gətirilmiş vaxtı keçmiş şokolad olduğu ehtimal olunur.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:44 / 02.10.2026
Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA - VİDEO
640021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































