Qırğızıstan daxili bazarda yanacaq qıtlığının qarşısını almaq və idxal mənbələrini şaxələndirmək məqsədilə Azərbaycanla rəsmi danışıqlara başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Energetika Nazirliyinin rəsmi nümayəndəsi bəyanat verib.
Nazirlik rəsmisi bildirib ki, tədarükün diversifikasiyası məqsədilə bir neçə dövlətlə müzakirələr aparılır:
"Hazırda Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, eləcə də digər ölkələrdən yanacağın mümkün idxalı məsələsi yaxından nəzərdən keçirilir və işlənilir".
Hökumət rəsmisi həmçinin vurğulayıb ki, hazırda Qırğızıstanda mövcud olan benzin ehtiyatı təxminən 1,5 aya, dizel yanacağı ehtiyatı isə cəmi 1 aya qədər yetəcək səviyyədədir. Bu səbəbdən ölkə rəhbərliyi alternativ bazarlardan yanacaq idxalını sürətləndirməyi planlaşdırır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:13 / 01.07.2026
Qırğızıstanda da yanacaq qıtlığı yaranıb - Azərbaycanla danışıqlar aparır
Hazırda oxunan: Qırğızıstanda da yanacaq qıtlığı yaranıb - Azərbaycanla danışıqlar aparır
Hazırda oxunan: Qırğızıstanda da yanacaq qıtlığı yaranıb - Azərbaycanla danışıqlar aparır
622685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































