Ukrayna Krımda "Su-30" qırıcılarının yerləşdiyi anqarları vurdu - FOTO

Hazırda oxunan: Ukrayna Krımda "Su-30" qırıcılarının yerləşdiyi anqarları vurdu - FOTO

622682

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) müvəqqəti işğal altında olan Krımdakı "Saki" hərbi aerodromuna uğurlu zərbələr endirdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə SBU-nun rəsmi məlumatında bildirilir.

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Federasiyasına qarşı 40 günlük təsir əməliyyatı çərçivəsində qarşıya qoyduğu tapşırıqları icra edərək, SBU müvəqqəti işğal olunmuş Krımdakı “Saki” hərbi aerodromuna uğurlu zərbə endirib", — deyə məlumatda qeyd olunub.

Rəsmi açıqlamaya görə, SBU-ya məxsus pilotsuz uçuş aparatlarının (PUA) aviasiya texnikasının saxlandığı anqarlara 5 dəqiq zərbə endirdiyi təsdiqlənib.

Anqarlardan ikisində "Su-30" və "Su-30SM" tipli qırıcı təyyarələrin olduğu bildirilir. Hücumdan sonra "Su-30SM" qırıcısının yerləşdiyi anqarda güclü yanğın qeydə alınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin