Zaporojye, Xarkov və Nikolayev atəş altında: Həlak olan və yaralananlar var - FOTO

Hazırda oxunan: Zaporojye, Xarkov və Nikolayev atəş altında: Həlak olan və yaralananlar var - FOTO

617604

Şənbə günü Rusiyanın Ukraynanın müxtəlif vilayətlərinə pilotsuz uçuş aparatları (PUA) və FPV dronları ilə təşkil etdiyi hücumlar nəticəsində mülki əhali arasında itkilər qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə regional rəhbərliklər və rəsmi qurumlar məlumat yayıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorovun bildirdiyinə görə, Rusiyaya məxsus dron şəhərdəki ticarət mərkəzinin yaxınlığında partlayıb və zərbə birbaşa supermarketin damına dəyib. Hadisə nəticəsində supermarketin qarşısındakı yaşayış binasının mənzillərindən birində yanğın baş verib.
 

Hücum zamanı 10 yaşlı bir oğlan uşağı (əlindən yaralanıb), onun atası və daha bir mülki şəxs daxil olmaqla, 49 və 67 yaşlı iki kişi xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Atəş nəticəsində şəhərin iki rayonunda ən azı 8 çoxmənzilli yaşayış binası və qeyri-yaşayış sahələri zərər görüb.


Xarkov Vilayət Prokurorluğunun yaydığı məlumata əsasən, rus hərbçiləri vilayətin Çuquyev rayonunun Budarki kəndinə FPV dronu ilə zərbə endiriblər. Şəxsi təsərrüfatda baş verən yanğın nəticəsində bədəninin 65%-i II və III dərəcəli yanıq xəsarəti alan 57 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bundan başqa, günorta saatlarında eyni rayonda Starı Saltov qəsəbəsi ilə Molodova kəndi arasındakı yolda hərəkətdə olan mülki avtomobilə dron hücumu nəticəsində nəqliyyat vasitəsi yanıb, 46 yaşlı qadın yaralanıb.

Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim isə bildirib ki, rusların Kutsurub icmasına FPV dronları ilə etdiyi hücum nəticəsində 64 yaşlı bir kişi həlak olub, minik avtomobili sıradan çıxıb. Həmçinin günorta saatlarında Qoroxov icmasına endirilən oxşar zərbə zamanı iki qadın və iki kişi olmaqla, daha 4 nəfər yaralanıb. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin