"Arka sokaklar" da final

Hazırda oxunan: "Arka sokaklar" da final

61158
Serial sevənlərə daha bir pis xəbər. Türk serial tarixinin ən uzun müddətli seriallarından olan daha bir filmin efir həyatı bitir.Məlumata görə, polis həyatından bəhs edən "Arka sokaklar" final edəcək. 

Məlumata görə, serial 9 ildir ki, davam edib. Rejissoru Türker İnanoğlu olan serial bu il 10-cu mövsümünə başlayıb. Daha öncə "Arka sokaklar"ın bu mövsümün sonunda bitəcəyi deyilirdi. Lakin bu tarix xeyli qabağa çəkilib. 
İddialara görə, serial bir necə bölümdən sonra tamaşaçıları ilə vidalaşacaq. 

Final qərarına səbəb isə Kanal D-nin son zamanlar xüsusilə azalan tamaşaçıları olub. Bundan əlavə əvəllər reytinq rekorları qıran serialın bir həftəlik xərci 600 min lira (208 min manat) təşkil edir ki, bu da kifayət qədər böyük rəqəmdir. 

Filmə tamaşaçı marağının azalmasında bəzi aktyorların ssenaridən çıxarılmasının da təsiri olduğu istisna edilmir. Belə ki, yeni sezonda serialı uzun illər çalışan və polis komissarlarını canlandıran bəzi aktyorlar tərk edib. (anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin