Tramp: “İrana qarşı hərbi əməliyyat keçirdiyim üçün qürur duyuram” - VİDEO

Hazırda oxunan: Tramp: “İrana qarşı hərbi əməliyyat keçirdiyim üçün qürur duyuram” - VİDEO

611277

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatlara münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Tramp çıxışında İrana qarşı atılan addımların zəruri olduğunu deyib.

“Biz bu kiçik yürüşü — İrana qarşı əməliyyatı həyata keçirməli olduq. Nəticədə fond bazarı indi əvvəlkindən də yüksəkdir”, - deyə ABŞ Prezidenti bildirib.
 

“Mən düşünürdüm ki, fond bazarı 25 faiz düşə bilər. Amma bütöv ölkələri bir düyməyə basmaqla məhv edə biləcək nüvə silahına malik dəlilərdən (İranı nəzərdə tutur – red.) qurtulmaq buna dəyərdi”, - deyə o vurğulayıb.


ABŞ Prezidenti bildirib ki, bu addım çoxdan atılmalı idi:

“Ona görə də mən bunu etməli idim. Çünki bu, 47 il əvvəl edilməli idi. Bunu bir çox prezidentlər və ya digər ölkələr etməli idi. Bu, çoxdan edilməli idi”.

Tramp əlavə edib ki, indi bu işi ABŞ görür və başqa seçim yoxdur:

“Amma indi bunu biz edirik. Başqa seçimimiz yoxdur və bunu etdiyimiz üçün qürur duyuram”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin