“Apple” qulaqlıqları eşitmə cihazına çevriləcək - FOTO

Hazırda oxunan: “Apple” qulaqlıqları eşitmə cihazına çevriləcək - FOTO

611192

Eşitmə qabiliyyətini itirmiş insanlar “Apple” qulaqlıqlarından eşitmə cihazı kimi istifadə edə biləcəklər.

Bu barədə “Bloomberg” nəşri məlumat verib.

Nəşrin köşə yazarı Mark Qurmanın sözlərinə görə, Amerika şirkəti özünün “AirPods” seriyalı qulaqlıqlarının imkanlarını genişləndirmək niyyətindədir.

Qulaqlıqların eşitmə qabiliyyətini itirmiş insanlar üçün olan cihazların tələblərinə uyğun olaraq  yenilənməsi planlaşdırılır. “Apple” mühəndislərinin “AirPodlar”ı faktiki olaraq eşitmə cihazına çevirəcəkləri qeyd edilir.

Mark Qurman vurğulayıb ki, şirkət növbəti bir və ya iki il ərzində qulaqlıqlarına yeni funksiyalar əlavə edəcək. Materialda bildirilir ki, “AirPod”larda eşitmə cihazı kimi istifadə edilməsinə qismən imkan verən seçimlər var.

Bununla belə müəllif qeyd edib ki, şirkətin cihazları ABŞ Qida Məhsulları və Dərman Preparatlarına nəzarət üzrə Sanitariya Müfəttişliyi (FDA) tərəfindən tibbi cihaz kimi sertifikatlaşdırılmayıb.

 

Mənbə: Lenta.ru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin