Vaxtanq Kikabidze dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO

Hazırda oxunan: Vaxtanq Kikabidze dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO

587543
Tanınmış gürcü aktyor, müğənni və bəstəkar Vaxtanq (Buba) Kikabidze dəfn edilib. 
 
Tbilisidəki Böyük Konsert Zalında keçirilən vida mərasimindən sonra onun Gürcüstan və Ukrayna bayraqlarına bürünmüş tabutu son mənzilə yola salınıb.
 
Vida mərasimində Gürcüstanın ictimai-siyasi xadimləri, aktyorun sənət yoldaşları, xarici ölkələrin diplomatları iştirak ediblər.
 
V.Kikabidzenin dəfni ilə əlaqədar Tbilisinin mərkəzində avtomobillərin hərəkəti dayandırılıb.

13:58
 
Gürcüstanın paytaxtı Tbilisidə əfsanəvi gürcü aktyoru, müğənni, rejissor, Ukraynanın Əməkdar artisti Vaxtanq Kikabidze ilə vida mərasimi keçirilir.
 
Rustaveli prospektindəki Kaşveti kilsəsində keçirilən mərasimdə əfsanəvi aktyorla vidalaşanlar arasında Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, həmçinin ölkəmizin Gürcüstandakı səfiri və konsulu var.

Tədbirlə bağlı yayılan kadrlarda səhnənin mərkəzində fəxri yerdə Azərbaycan hökuməti və xalqı adından göndərilən əklil diqqət çəkir.
 
Qeyd edək ki, Vaxtanq Kikabidze Azərbaycanı çox sevib. O dəfələrlə deyib ki, əgər Tbilisi olmasaydı yaşamaq üçün Bakını seçərdi. Bu, onun Azərbaycana və onun xalqına sevgi etirafı idi.
 
Xatırladaq ki, Kikabidze yanvarın 15-də Tbilisidə 84 yaşında vəfat edib. 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin