Almaniyadaxa0qaçqın yataqxanasında DAVA:xa0Azərbaycan vətəndaşı bıçaqlandı

Hazırda oxunan: Almaniyadaxa0qaçqın yataqxanasında DAVA:xa0Azərbaycan vətəndaşı bıçaqlandı

583028
Almaniyada qaçqın yataqxanasında dava olub, Azərbaycan vətəndaşı bıçaqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə “Report”un Avropa bürosunun sorğusuna Bielefeld Şəhər Polis Mərəzinin Mətbuat Xidmətindən bildirilib.
 
Belə ki, hadisə dekabrın 31-də, axşam saatlarında Bielefeldəki sığınacaq axtaranların müvəqqəti məskunlaşdığı yataqxanalardan birində qeydə alınıb.
 
Məlumata görə, İran və Somalidən olan iki şəxsin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bu zaman Somalidən olan şəxs tərəfləri sakitləşdirmək istəyən Azərbaycan vətəndaşı, 31 yaşlı Samir Orucova mətbəx bıçağı ilə xəsarət yetirib.
 
Yaralı hadisə yerinə gələn təcili yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Xəstəxanadan S.Orucovun yarasının yüngül olduğu deyilib.
 
Bielefeld polisindən bildirilib ki, İran və Somali vətəndaşları saxlanılıb. Onlar barəsində cinayət işi açılıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin