Sinqapurda 263 nəfərlik təyyarədə bomba həyəcanı yaşandı

Hazırda oxunan: Sinqapurda 263 nəfərlik təyyarədə bomba həyəcanı yaşandı

264250
“Singapore Airlines” şirkətinə məxsus “Boeing 777-300ER” tipli sərnişin təyyarəsi bomba xəbərdarlığı həyəcanı ilə Sinqapur hərbi hava qüvvələrinin nəzarəti altında yerli Çanqi aeroportuna məcburi eniş edib. 263 sərnişinin olduğu təyyarə Mumbaydan havaya qalxıbmış.

Təyyarə eniş etdikdən sonra göyərtəsində olan uşaqlı bir qadın sonrakı yoxlamalar üçün saxlanılıb. Digər sərnişinlər isə yoxlamalardan sonra sərbəst buraxılıb.

“The Straits Times” nəşrinin yazdığına görə, bomba xəbəri təyyarə Hindistandan havaya qalxdıqdan bir qədər sonra daxil olub. Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

Aparılan araşdırmalardan sonra bomba xəbərinin yalan olduğu üzə çıxıb.(ona.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin