Sarı dənizdə iki gəmi toqquşub: Ölənlər var

Hazırda oxunan: Sarı dənizdə iki gəmi toqquşub: Ölənlər var

220854
Sarı dənizdə iki gəminin toqquşması nəticəsində üç nəfər ölüb, daha üç nəfər itkin düşüb.

Bu barədə Koreya Respublikasının sahil mühafizəsi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün gecə baş verib. Tanzaniya bayrağı altında üzən 500 tonluq gəmi Memuldo adasından 10 kilometr şimal-qərbdə Cənubi Koreyanın 15 tonluq balıqçı gəmisi ilə toqquşub.

Ölkənin dəniz polisi insanların axtarışı üçün 17 kater, habelə digər gəmilərə xilas əməliyyatı üçün hadisə yerinin yaxınlığından siqnal göndərib. Axtarış-xilasetmə işləri davam etdirilir.(Oxu.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin