Çində maraqlı bir hadisə baş verib. Qaldığı otelin pulunu vermək istəməyən müştəri telefon xəttindən istifadə edərək qarşıdakı binaya keçməyə çalışıb.
Binanın 19-cu mərtəbəsindəki otağın pəncərəsindən çıxaraq telefon xətti ilə qarşı tərəfə gedən müştəri ortada ilişib qalıb. Əraziyə təcili yardım qrupu çağırılıb, həmin şəxs xilas edilib. Çılğın müştəri polis tərəfindən saxlanılıb.
xa0
Bu hadisə şahidlərin biri tərəfindən lentə alınıb. Moderator.az həmin videonu təqdim edir.



































































































