”‹Prezidentliyə namizəd Marko Rubio ABŞ paytaxtındakı müsabiqələrdə qalib gəlib

Hazırda oxunan: ”‹Prezidentliyə namizəd Marko Rubio ABŞ paytaxtındakı müsabiqələrdə qalib gəlib

126417
ABŞ prezidentliyinə namizəd Marko Rubio Kolumbiya dairəsində Respublikaçılar partiyasından olan fəallar arasında keçirilən səsvermədə qalib gəlib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Kolumbiya dairəsi və ya Vaşinqton şəhəri ştatlardan heç birinə daxil deyil.
"New York Post" yazır ki, bu, Florida senatorunun artıq üçüncü qələbəsidir. Bundan əvvəl onu Puerto-Riko və Minnesot ştatlarından olan partiyadaxili nümayəndələr dəstəkləyiblər.
Rubio Amerika paytaxtında səsvermə zamanı partiyadan 10 nümayəndənin dəstəyini alıb. İkinci yeri və 9 nümayəndənin dəstəyini Ohayo qubernatoru Con Kasiç qazanıb. Digər respublikaçılar region nümayəndələrindən dəstək almayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin