"Niyə bizə daş ataraq "İşğalçı evinə rədd ol"-deyirlər"

Hazırda oxunan: "Niyə bizə daş ataraq "İşğalçı evinə rədd ol"-deyirlər"

92189
Bildiyimiz kimi  il 2 avqust tarixində keçmiş sovetlər  birliyinin və hal hazırda isə Rusiya Hava Desantları Qoşunlarının yaranma günü qeyd olunur. Bu ilki qeyd olunma günlərində isə Hava Desantları Qoşunları, Baş Kəşfiyyat İdarəsi,Xüsusi təyinaylılar və Dəniz piyadalarının birləşmiş veteranları  komitəsinin sədri Mixail Vistiskiy cox emosional və qəzəbli  halda Facebook səhifəsində yazıb: “Mavi beretlilər”x9d qrupunun bir mahnısında deyilir”x9d Bizim ciynimizdə mavi paqonlar əzabdan qaralır”x9d. Bəli tam mənasında olan sözdür. Mənim rotamda 27 Ukraynalı mənlə əzablı günlər kecdi, bir para cörəyi, bir dilim piyi böldük, bir qumqumadan icdik, bir tənziflə necəmiz yaralarımızı sarıdıq, indi onları buyurursunuz ki, mən düşmənmi tanıyım? Ona görə ki, onlar xalqın malını oğurlayan, dövləti korrupsiya kəndinə çevirən, cinayətkar klanlar quran Yanukoviçlə yaşamaq istəmədilər? Ona görə ki, sadə adamlar daha sivil, daha dünyəvi dövlət qurmaq istədilər? Ona görə ki, onlar evladlarını, ucsuz-bucaqsız Ukrayna çöllərində məyus yox, xoşbəxt görmək istədilər?
Mənə hər gün  divan-klaviatura qəhrəmanları, Kiselyov tulaları, ORT çaqqalları zəng vururlar ki, niyə sən Ukraynadakı faşistlər haqda cıxış etmək istəmirsən? O zaman mən onlara sual verirəm:-Biz sizin üçün kimik? Əğər aydın səmanın, sülhün qoşunlarıyıqsa, o zaman deyin,biz niyə öz ölkəmizi düşməndən qorumaq üçün, evimizdə vuruşmuruq? Niyə biz Polşada, Finlamdiyada, Macarıstanda, Xexiyada, Slivakiyada, Serbiyada,bosniyada, Almaniyada, Latviyada, Litvada, Estoniyada, Əfqanıstanda, Çecenistanda, Gürcüstanda, Dnestryanıda indi isə Ukraynada vuruşduq? Yəni bütün bu saydıqlarım faşıistlərdirmi? Görəsən bu qədər faşist hardan doğub cənab  yepiskop Kiselyov ?Bir az düşünün. Kim sizlərdən oralara gedib və mülki əhali onun üzünə tüpürərək: -Rədd ol İşğalcı ”“nifrəti eşidib? Bu zaman kimin qəlbi haqsız olduğu ücün ağrıyıb? 
Niyə biz illərlə qardaş olduğumuz xalqları indi faşist tanıdıq? Əyər böyük bir dövlətdə 70 il yaşamışıqsa, bir məktəblərdə, bir institutlarda oxumuşuqsa, o zaman niyə onlar faşıst biz isə mələk olduq? 

Ayılın. Ayılın mənim qardaşlarım. Artıq bizim,yəni Rusiyanın Belarus və acından ölən ,bit basmış Venesuela və Höndurasdan başqa müttəfiqi yoxdur. Artıq dünyada bizə mənfur, vəhşi, donuz, ayı və başqa heyvanlar kimi baxırlar. Mən artıq Rusiyanın vətənpərvərlik tədbirlərində iştirak etmirəm və etməyəcəm də. Orada artıq bizim kimi adekvatlara yer yoxdur. Orada artıq xülyadakı kimi yox,həqiqi faşistlər xalqın başını nifrət,amansızlıq,qəsd ilə dolduraraq,hamının şərəfsiz adlandırdıqları zombilər yığışır. Sibirdə kəndlər,ərazilər cəyirtgə nəsilli Cinlilərə icarəyə verilirsə,cavanları burada yeni torpaqları zəbt etməyə cağırırlar. Amma yeni torpaq ücün uzağa getmək lazım deyil.Moskvadan bir necə yüz kilometrdə ölü kəndlər,qəsəbələr var. Onları oyatmaqdansa,yeni ölü torpağa nə lüzum var? Abaxziyanı ,Dnestryanının aldınız,separatcılara verdiniz.indi oradakı həyata baxın. Nə qədər insanı düşmən,zəlil,səfil etdiniz. Nə qədər ərazilər istifadə olunmadığından ölü sahələrə cevrildi. Bəs deyilmi? Dünyaya Rusiya adlı dağıdıcı, vəhşi, yamyam bir dövlət  ərmağan etmək istəyirsinizsə-mən sizdən deyiləm.
Alçaq oliqarxlarınıza deyin, xarici ərzağı özləri yeyərək, bizə catmasın deyə yandıranda, öz Mersedeslərini, BMV ”“lərini, Qalonvagerlərini, Brabuslarını, Audilərini, Porşelərini, kadillaklarını, Bentlilərini də yandırsınlar, xarici telefonlarını, mebellərini, cakuzilərini ən sonda arvadlarının xaricdə istehsal olunmuş brend alt paltarlarını da yandırsınlar. Xarici vətəndaş olan evladlarını, qohumlarını yandırsınlar.
Siz əclafların sayəsində Rusiyada insan heç zaman qiymətdə olmayıb,veteran anlayışınız sədəqə alan dilənci anlayışında, əsgər anlayışı kasıb fəhlə balasının səngərdə çürüyəcəyi anlayışında olub.
Ayılın. Zaman gələcək ki,sizin bu axmaq xülya və ideyalarınızı nəticəsi olaraq dünya Rusiyanın ətrafına Çin səddi cəkib, oranı cüzam xəstəliyi mənbəyi adlandıracaq. Bax o zaman artıq RUSİYA olmayacaq.

Abuzər Əbilov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin