Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq

Hazırda oxunan: Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq

85745
Regionun ilk “Qamma şüalanma kompleksi”x9d noyabr ayında istifadəyə veriləcək.

ANS PRESS-in məlumatına görə, bunu Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda deyib.

“Nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilib, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli “Qamma şüalanma kompleksi”x9dnin qurulması işləri başa çatmaq üzrədir və bu ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır.”x9d,- deyə nazir vurğulayıb.

Qamma şüalanma nüvə hissəciklərinin aralarında reaksiyalardan yaranan, ən kiçik dalğa uzunluğuna, ən yüksək rəqs tezliyinə malik elektromaqnit dalğasıdır. Fizikada simvolu γ-dir.

Adətən kosmosda baş verən nüvə reaksiyalarının nəticəsində meydana gəlir. Fransız fiziki Pol Villar tərəfindən 1900-cü ildə radiumun şüalanmasının öyrənilməsi zamanı kəşf olunub. Qamma şüası rentgen şüalarının nüfuz edə bildiyindən daha qalın səthlərdən keçir.

Məhz buna görə bir sıra kənd təsərrüfatı məhsullarını, xüsusilə də toxumları anbarda saxlamazdan öncə qamma şüalanma vasitəsi ilə dezinfeksiya edirlər. Bu, yaza salamat çıxan toxum miqdarını 10 faizə qədər artırır. Dünyada taxılın, kartofun, noxudun, soyanın və s. məhsulların qamma şüalanma vasitəsi ilə dezinfeksiyası aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin