ADAU-da elmi şuranın geniş iclası keçirildir

Hazırda oxunan: ADAU-da elmi şuranın geniş iclası keçirildir

85255
 Moderator.az-ın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Aqrar Universitetində 2014/2015-ci  tədris ilinin yekunlarına həsr olunan  elmi şuranın geniş iclası keçirilib

10 iyul 2015-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində 2014/2015-ci  tədris ilinin yekunlarına həsr olunan  elmi şuranın geniş iclası keçirilib. Şuranın iclasında hesabat dövründə universitedə görülmüş işlər və imtahan sessiyasının nəticələri müzakirə edilib, müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb. Universitetin  rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək 2014/2015-ci tədris ilində maddi-texniki bazanın möhkəmləndirilməsi, tədrisin yeni məzmunda qurulması, elmi-tədqiqat işləri sahəsində əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə danışıb. Qeyd olunub ki, hesabat dövründə görülmüş işlər daha intensiv xarakter almış, o cümlədən müasir standartlara uyğun 2 tələbə yataqxanasının tikintisi uğurla davam etdirilmiş, qapalı balıqyetişdirmə laboratoriyasında  müxtəlif cins balıqların bəslənilməsi məqsədilə hovuzların tikintisi başa çatdırılmış, iqtisadiyyat və mühəndislik korpuslarında əsaslı təmir işlərinə başlanılmış, tədris və elmi-tədqiqat işlərinin səmərəliliyinin arıtılması məqsədilə çoxsaylı laboratoriya avadanlıqları, mirkoskoplar, kompyuterlər, proyektorlar, ağıllı lövhələr və s. alınmışdır.

 Hesabat dövründə əldə olunmuş uğurlardan danışan rektor Təhsil Nazirliyinin layihəsi əsasında həyata keçirilmiş sorğunun nəticələrinə əsasən universitetin Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri sırasında 1-ci və respublika ali təhsil müəssisələri arasında 7-ci yeri tutmasını, tələbələrdən ibarət ENACTUS komandasının 2015-ci ilin  30-31 may tarixlərində  Bakı şəhərində keçirilmiş tələbələrin azad sahibkarlıq fəaliyyəti proqramı üzrə X milli çempionatda qalib olmasını və Cənubi Afiika Respublikasında keçiriləcək beynəlxalq çempionatda ölkəmizi təmsil etmək hüququnu qazanmasını, 2015-ci il 23-24 aprel tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Qara dəniz regionu ölkələrindən olan rektorların 11-ci konfrasının sessiyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Asambleyasının qərarına əsasən universitetin bu təşkilata üzv qəbul olunmasını, "Azərbaycan Universitetləri" facebook səhifəsi tərəfindən keçirilən 2014/2015-ci il tədris ilinin "ən yaxşı universitet" sosial sorğusunda Azərbaycan Dövlət Aqrar Universitetinin 1-ci, “ən yaxşı rektor”x9d sorğusunda universitet rektorunun 2-ci yeri tutmasını və digər naliyyətləri həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi kimi qiymətləndirib. Hesabatda, “Kənd təsərrüfatı ili”x9d elan edilmiş 2015-ci ildə universitetdə əldə olunmuş nailiyyətlərlə yanaşı qarşıda daha mühüm və həlli vacib vəzifələr barədə danışılıb.

 Hesabat dövründə görülmüş işlərlə əyani tanış olmaq üçün yığıncaq iştirakçılarına videoçarx təqdim olunub.

 İmtahan sessiyasının nəticələri barədə məruzə edən universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov 2014/2015-ci tədris ilinin yay və qış imtahan sessiyasının nəticələrini müqayisəli şəkildə təqdim edib. O, qeyd edib ki, universitet rektorunun təşəbbüsü və dəstəyi ilə 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını əla qiymətlərlə başa vuran tələbələrin “2 fevral”“Azərbaycan gəncləri günü”x9d münasibəti ilə yeddi gün müddətində respublikamızın Qax və Zaqatala rayonlarının istirahət  mərkəzlərinə qış tətilinə göndərilmələri, 100 bal toplayan tələbələrə pul mükafatlarının və hədiyyələrin verilməsi imtahan sessiyasının nəticələrinə öz müsbət təsirini göstərmiş, əlaçı tələbələrin sayı əhəmiyyətli dərəcədə artmışdır.

İclasda, həmçinin, universitetin beynəlxalq əməkdaşlığı çərçivəsində Çin Xalq Respublikasında keçirilən silsilə seminarlarda iştirak etmiş universitet əməkdaşları qazandıqları təcrübələr barədə danışıblar.

Tədbirin sonunda “ən yaxşı fakültə”x9d, “ən yaxşı kafedra”x9d, “ən yaxşı şöbə”x9d, “ən yaxşı kitab müəllifi”x9d, “ən yaxşı texniki işçi”x9d, “ən yaxşı məqalə”x9d və “ilin tələbəsi”x9d nominasiyaları üzrə qaliblərə mükafatlar verilib. Mükafatlar aşağıdakı kimi olub:

Ən yaxşı fakültə-aqrobiznes və idarəetmə fakültəsi- 1 (bir) ədəd LCD televizor

Ən yaxşı kafedra-biologiya kafedrası-1(bir) ədəd proyektor

Ən yaxşı müəllim-mühasibat uçotu və audit kafedrasının müəllimi İsa Şəfiyev- 200 manat

Ən yaxşı şöbə-tələbə şöbəsi-200 manat

Ən yaxşı texniki işçi-baytarlıq təbabəti və zoomühənsidlik fakültəsinin işçisi Gülnar Məhərrəmli-100 manat

Ən yaxşı məqalə-aqronomluq fakültəsinin əməkdaşları Vidadi Səmədov (200 manat) və Nəzakət İsmayılzadə (200 manat)

İlin tələbəsi-aqronomluq fakültəsinin tələbəsi Aişə Novruzova-150 manat

Ən yaxşı kitab müəllifləri-Xocalı soyqırımı kitabının müəllifləri: Azad Bayramov, Sevda Abdullayeva və Zümrüd Qəhrəmanova-hər bir müəllif üçün 100 mana
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin