ADAU-da “Azərbaycan milli mətbuatı”x9dnın yaranmasının 140 illiyi münasibəti ilə tədbir keçirilib.

Hazırda oxunan: ADAU-da “Azərbaycan milli mətbuatı”x9dnın yaranmasının 140 illiyi münasibəti ilə tədbir keçirilib.

83813
.
 
Moderator.az-ın verdiyi xəbərə görə, 1 iyul 2015-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində “Azərbaycan milli mətbuatı”x9dnın yaranmasının 140 illiyi münasibəti ilə tədbir keçirilib.
Şəhər ictimaiyyətinin, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə gerçəkləşən tədbirdə  çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki, 2 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında”x9d  Sərəncam imzlanmışdır. Vurğunlanıb ki,  ötən yüzilliyin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yaranmışdır. 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaratmışdır. Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Daha sonra qeyd etdi ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Tarixə nəzər salsaq görərik ki, 1933-cü ildən ölkənin yeganə aqrar təhsil müəssisəsində alimlərimizin təşəbbüsü ilə “Za selskoxozyaystvennıe kadrı”x9d, sonradan “Kadr uğrunda”x9d, hazırda “Aqrar mütəxəssis”x9d adı ilə nəşr edilən qəzetin yaranması ideyası da məhz “Əkinçi”x9d ənənələrindən doğmuş əlamətdar bir hadisə idi. Universitetin professor-müəllim heyəti bu ənənəyə sadiq qalaraq, öz doğma qəzetini uzun illər yaşatmış və bu gün də yaşatmaqdadır. 
Tədbir professor-müəllim heyətinin və tələbələrin çıxışları ilə davam etdirilib.

  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin