Bakının Müşfiqabad məscidində ehsan mərasimi keçirilib.
Bu haqda Axar.az-a Müşfiqabad dini icmasının sədri İlşad Süleymanovun özü məlumat verib:
"İftar məclisimizdə 300 nəfərdən çox mömin iştirak etdi. İbadət edildi, dini mövzulu söhbətlər oldu, müzakirələr aparıldı. Müzakirələrdə dövlətin dini icmalara qayğısı, şəxsən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin ”‹sədri Mübariz Qurbanlının bu sahədə diqqəti xüsusi qeyd edildi.
İftar süfrəmiz də Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin ümumilikdə ”‹ayırdığı 2,5 milyon manatdan Müşfiqabad məscidin payına düşən 5 min manat vəsait hesabına keçirildi. Buna görə də dövlətimizə, dini komitə sədrinə bütün Müşfiqabad möminləri adından təşəkkür edirəm”x9d.
İ.Süleymanov qeyd edib ki, iftar süfrəsində müxtəlif inanclı müsəlmanlar birgə iştirak edib. Xatırladaq ki, icmanın keçmiş sədri, sələfi inanclı Mübariz Qaçayev ölkəni tərk edərək Türkiyəyə gedib. Yeni icma sədrinin şəxsi təşəbbüsü ilə məsciddə abadlaşdırma və yenidənqurma işi aparılıb. Məscidin arxasında ibadət üçün xüsusi yer yaradılıb.

































































































