Prezident Zelenski Donald Trampın bəyanatının onun üçün sürpriz olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, bu fikirləri BBC-nin Ukraynadakı müxbiri Dan Conson yazıb.
Onun sözlərinə görə, Zelenski Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələr endirməyi dayandırmağa hazır olduğunu və Rusiyanın da Ukraynanın enerji şəbəkəsinə yeni hücumlardan çəkinəcəyinə ümid etdiyini növbəti dəfə təkrar edib:
“Zelenski xalqının keçən qış ayları ərzində nə qədər əziyyət çəkdiyini və qarşıdakı aylarda onları nələrin gözlədiyini açıq şəkildə dilə gətirib.
Hazırda o, ukraynalılar üzərindəki təzyiqi və müharibənin gərginliyini azaltmaq (de-eskalasiya) istiqamətində daha irəli addımlar atmaq üçün yaranmış bu imkandan yararlanmağa çalışır.
Ukrayna lideri, həmçinin praqmatik görünmək, özünü dürüst tərəfdaş kimi təqdim etmək, Donald Tramp ilə münasibətlərini bərpa etmək niyyətindədir”.
Bizim.Media



































































































