Yemək zamanı dinlədiyiniz musiqi qida seçiminizə təsir edə bilər

Hazırda oxunan: Yemək zamanı dinlədiyiniz musiqi qida seçiminizə təsir edə bilər

641804

Sakit musiqi insanları daha sağlam yeməklər seçməyə sövq edə bilər. Makaoda aparılan araşdırmada həzin melodiyaların səsləndiyi vaxtlarda faydalı məhsulların alışlarda payı daha yüksək olub.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Makaо Elm və Texnologiya Universitetinin tədqiqatçıları musiqi fonunun qida seçiminə təsirini dörd eksperimentlə araşdırıblar.

İlk sınaq universitet yeməkxanasında keçirilib. Səkkiz iş günü ərzində burada növbə ilə sakit və enerjili musiqilər səsləndirilib.

Bu müddətdə ziyarətçilər ümumilikdə 911 qida məhsulu alıblar. Sakit musiqi səslənən günlərdə sağlam hesab edilən məhsullar bütün alışların 18,94 faizini təşkil edib. Enerjili musiqi zamanı isə bu göstərici 13,59 faiz olub.
 

Restoran şəraitinin yaradıldığı digər üç eksperimentdə də oxşar nəticələr müşahidə edilib. İştirakçılar sakit musiqi fonunda daha sağlam menyuya üstünlük verməyə meyilli olublar. Adi restoran səs-küyünün olması da bu təsiri tam aradan qaldırmayıb.


Tədqiqatçılar ehtimal edirlər ki, sakit musiqi daha rahat mühit yaradır və belə şəraitdə faydalı yeməklər insanlara daha uyğun seçim kimi görünə bilər.

Bununla belə, müəlliflər musiqinin insanı mütləq sağlam qidalanmağa məcbur etmədiyini vurğulayıblar. Araşdırma musiqinin xarakteri ilə yemək seçimi arasında əlaqə olduğunu göstərib.

Bu yanaşmanın restoranlarda, mağazalarda və onlayn sifariş xidmətlərində sağlam məhsullara marağı artırmaq üçün istifadə oluna biləcəyi bildirilir. Lakin eyni nəticənin adi supermarket şəraitində də müşahidə edilib-edilməyəcəyi hələ yoxlanılmalıdır. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin