Putin seçki günü Ukraynanı vurmayacağına söz verir

Hazırda oxunan: Putin seçki günü Ukraynanı vurmayacağına söz verir

641810

Rusiya Prezidenti Vladimir Putin Ukraynada seçkilərin keçirilməsi üçün Kiyevin həqiqətən maraqlı olması halında, səsvermə günü zərbələr endirilməməsi barədə göstəriş verməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
 

“Prezident Putin bu barədə artıq danışıb. Lakin mən onun adından bütün məsuliyyətimlə deyə bilərəm ki, əgər onlar həqiqətən seçki keçirmək istəyirlərsə, Rusiya Prezidenti seçki günü – məhz seçki günü Ukraynaya zərbələr endirilməməsi barədə göstəriş verməyə hazır olacaq”, – Peskov deyib.


Qeyd edək ki, oktyabrın 11-də ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin Ukraynada seçkilər keçirməli olduğunu bildirib. O, həmçinin Zelenskini bütün dünya üçün problemlər yaratmaqda ittiham edib. Trampın fikrincə, Ukraynaya Rusiya ilə razılığa gələ biləcək yeni lider lazımdır.

Zelenski isə ABŞ liderinin çağırışına baxmayaraq, Ukraynada seçkilərin keçirilməsindən yenidən imtina edib.

O, bu məsələyə yalnız Rusiya ilə ən azı 60 günlük tam atəşkəs əldə olunacağı təqdirdə baxmağa hazır olduğunu bildirib.

Zelenskinin açıqlamasını şərh edən Dmitri Peskov daha əvvəl Rusiyanın Ukrayna ilə müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh istədiyini qeyd edib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin