Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

Hazırda oxunan: Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

641784

Gəncədə zəncirvari yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.
 

Hərəkətdə olan “Opel” və “Chevrolet Trax” markalı minik avtomobilləri yolayrıcında toqquşub. Zərbənin təsirindən “Opel” avtobus dayanacağına çırpılaraq orada dayanan kişini vurub. Daha sonra avtomobil yol kənarında dayanmış “Chevrolet Cruze” markalı maşına çırpılıb.


İlkin məlumata görə, qəzada üç nəfər xəsarət alıb. Ramin İbrahimov (1992), Samirə Bağırova (1977) və Dilbər Əsgərova (1944) müxtəlif bədən xəsarətləri ilə xəstəxanaların birinə yerləşdirilib.

S.Bağırova və D.Əsgərova “Opel” markalı avtomobildə olublar. R.İbrahimov isə qəza zamanı dayanacaqda dayanarkən xəsarət alıblar.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo.az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin