Azərbaycan Ordusunda zabitlərin təkmilləşdirmə kursu başa çatdı - FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunda zabitlərin təkmilləşdirmə kursu başa çatdı - FOTO

641840

2026-cı ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, mərasimdə ordu quruculuğu sahəsində aparılan islahatlardan danışan Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov təcrübəli kadr potensialının artırılmasının vacibliyini qeyd edib. Həmçinin kursu müvəffəqiyyətlə başa vuran hərbçilərə gələcək xidmətlərində uğurlar arzulayıb.


Dinləyicilər isə öz növbələrində kurs müddətində onlara göstərilən yüksək diqqət və qayğıya görə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bidiriblər.

Sonra "Zabit heyətini təkmilləşdirmə kursu"nu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar, təlim və tədrisdə yüksək nəticələr əldə edən dinləyicilərə isə fəxri fərmanlar təqdim olunub.
Sonda kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin