Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilərin keçirilməsinə hazır olduğunu, lakin bunun üçün təhlükəsizliyin təmin edilməsi və seçki prosesinin təşkili məqsədilə azı 60 gün vaxt lazım olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Ukrayna lideri videomüraciətində bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna liderini yalnız ölkə xalqı dəyişə bilər. O, ABŞ Prezidenti Donald Trampın açıqlamalarını şərh edərkən seçkilərin mövcud təhlükəsizlik şəraitində keçirilməsinin çətinliyinə diqqət çəkib.
“Bizə təhlükəsizliyi təmin etmək və səsverməyə hazırlaşmaq üçün azı 60 gün lazımdır. Ölkəmiz hər saat hücumlara məruz qalır. Söhbət minlərlə pilotsuz uçuş aparatından, ballistik və qanadlı raketlərdən gedir. İnsanlar belə şəraitdə necə səs verə bilərlər?” – deyə o bildirib.
Bizim.Media
































































































