Ucar sakini Prezidentdən kömək istəyir...

Hazırda oxunan: Ucar sakini Prezidentdən kömək istəyir...

77803
 Ucar rayonu Ramal kənd  sakini Məmmədov Aruz Şirxan oğlu tərəfindən Moderator.az-a göndərilən şikayət məktubunda deyilir:

"7 nəfərlik ailə üzvülərimizlə birlikdə Ucar rayonunu Ramal kəndində yaşayırıq. Ailəmizin yeganə dolanışıq yeri torpağımızdır. Hamı kimi bizimdə ailəyə  2.74 ha  pay torpaq sahəsi verilib ki, orada taxıl, yonca, meyvə ağacları əkib bir təhər dolanırdıq. Həmin 2.74 ha pay torpaq sahəmiz Cənubi Qafqaz Boru kəmərinin dəhlizi altına düşdüyü üçün bu ilin mart ayı tarixində bizim ailəyə 20499( iyirmi min dörd yüz doxsan doqquz) manat kompensasiya verildi. Sonradan öyrəndik ki, kompensasiyanı bizə saxtakarlıq edib az veriblər,pulumuzu mənimsəyiblər. Belə ki, 2.74 ha torpaq sahəmizdə  taxıl, yonca əkib becərmişik, həmçinin meyvə və digər ağaclar da var ki, bunlardanda satıb qazanc əldə edirdik. Bundan başqa həmin torpaq sahəsinin üzərində böyürtkən kolları var ki, hər il onun meyvəsindən də satıb gəlir götürürdük. Amma  bizim 2.74 ha pay torpaq sahəmizdən  Beynəlxalq boru kəmərinin keçməsinə görə verilən kompensasiya ancaq taxıl əkib becərib əldə etdiyimiz qazancın itkisinə görə  verilmiş, yoncadan, meyvə ağaclarından və  böyürtkən meyvəsindən əldə edilən qazancın  itkiləri  hesaba alınmamışdır. Ancaq aldığımız məlumata görə bunu hesaba alsalar da  kompensasiyanı saxtakarlıqla mənimsəmişdilər. Bütün bu saxtakarlıqlara isə həmin  işə təkim edilmiş Faiq adlı şəxs rəhbərlik edir. Ölçülərdə, kompensasiyanın verilməsində saxtakarlıq edib vətəndaşların pullarını mənimsəyir. Onun saxtakarlığı, özbaşınalığı haqqında  çoxlu sayda şikayətlər verilməsinə baxmayaraq, barəsində heç bir tədbir görülmür. Bu da onu deməyə əsas verir ki,  Faiq bu saxtakarlıqları xüsusi tapşırıq əsasında edib əldə edilən pulları həmin dairələrə verir.19 sentyabr 2014-cü il tarixdə bağlanlmış 2066-cı ilədək qüvvədə olacaq torpaqdan istifadə  üçün icarə müqaviləsində ancaq taxıldan əldə edilən gəlirin itkisi üçün bizim ailəyə kompensasiya verilmişdir. Biz bu saxtakarlıq, qanunsuzluq  faktı ilə əlaqədar Preziden cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayevə və digər aidiyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişik. İnanırıq ki, şikayətimiz yerində obyektiv araşdırılıb qanunu tədbirlər görüləcək, halal kompensasiyamızı mənimsəmiş vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görüləcək və kompensasiyamız tam olaraq özümüzə veriləcək. Ümüd edirik ki, bu saxtakarlıq faktı ictimailəşdikdən dərhal sonra araşdırma aparılıb tədbir görüləcək.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               Əlaqə telefonum; 051-741-15-01                                                                                                                                                                                                                                                            
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin