“Sorağımız nə zaman Oskar mükafatından, Kanndan gələcək?”x9d

Hazırda oxunan: “Sorağımız nə zaman Oskar mükafatından, Kanndan gələcək?”x9d

73698
Millət vəkili Jalə Əliyevanın təşəbbüsü ilə küçirilən Gənclərin III Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. Martın 27-i Bakı, Ucar, Naxçıvan, Şamaxı, İmişlini təmsil edən 120-yə yaxın gənc yaradıcı kampda, təlimlərdə, fikir laboratoriyasında və məşqlərdə iştirak etmək üçün GİN ”“ nin Şüvəlanda yerləşən düşərgəsinə toplaşdı. Art ”“ kampın  keçirilməsində məqsəd   gənclər arasında həm ünsiyyətin, həm də yaradıcı münasibətlərin formalaşmasına yardımçı olmaqdır.

Tanınmış sənət adamları- A. Şaiq adına Dövlət Kukla teatrının baş rejissoru Qurban Məsimov, əməkdar artistlər Firdovsi Atakişiyev, Nofəl Vəliyev, rejissor Cavid Təvəkkül, YUÄž Dövlət Teatrının direktoru Tərlan Rəsulov 3 gün ərzində gənclərə teatr sənəti ilə bağlı bir çox incəlikləri açdılar. Mükəmməl teatr üçün məktəb və peşəkarlığin vacib olduğunu diqqətə çatdıran sənətçilər ustad dərslərini əvvəlcə gənclərlə dialoq üzərində qurdular.  Bir fikir xüsusi vurğulandı ki,  əsl aktyor olmaq üçün 3 şərt vacibdir: Allah vergisi olan istedad, onu cilalamaq üçün çəkilən zəhmət və  bəxt - şans.Bu şansı qaçırmamaq üçün nə etməli ”“ aktyor bəzi səviyyəsiz serial ya tamaşalarda ona təklif olunan rollardan boyun qaçırıb, daha ciddi iş gözləməlidirmi?  Müasir qonorarlar gənc aktyorların ürəyincədirmi? Niyə bu qədər yaradıcı potensialımızın olmağına rəğmən, Azərbaycan kinosunun sorağı hələ də Oskar mükafatının təqdimatı  ya Kann kimi prestijli festivallardan gəlmir?  Bu kimi sulları cavablandıran sənətçilərin köməyilə  daha sonra gənc aktyor və rejissorlar improvizə olunmuş səhnəciklər ”“ etüdlər  quraraq, tərəf-müqabili anlamaq, hiss etmək üçün hansı texnikaların daha təsirli olduğunu sınadılar. Ustad-dərslərində əsas fabula elə bu fikir oldu: “Sənətdə bəzən söz o qədər də önəmli olmur. Baxışlar, hisslər, gözlər daha çox şey ifadə edir ”x9d. 

Bu gün-martın 30-dan etibarən Bakıdan 8 peşəkar və həvəskar teatr nümayəndələri, habelə Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa “ağ ölüm”x9d adlandırılan bəlanı cəmiyyətdən, xüsusilə də gənclərimizdən uzaq tutmağın yollarını göstərən 12 tamaşa ilə  3gün ərzində Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcəklər. Hazırlanan tamaşaların mövzusu da sırf narkomaniya düşkünlüyünə, qanunsuz preparatların satışına etiraz ruhunda köklənib. Təsadüfi deyil ki, festivalın sloqanı olaraq, məhz “NARKOSTOP”x9d seçilib. 

 
Layihənin icraçı direktoru Sənan Əlləz, reallaşdıran təşkilat “BİZ ”“ Biz inkişaf zamanındayıq”x9d, dəstəkçiləri  AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, ASSİTEJ, ASA ”“ Jurnalistika məktəbi, Lady Radio və Lent.az xəbər portalıdır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin