Quba-Xaçmaz yolunun Qubanın Zərdabi qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Bizim.Media xəbər verir ki, “Toyota Prado” markalı avtomobillə “VAZ-2106” markalı maşının toqquşması nəticəsində bir nəfər həyatını itirib. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub.
Həyatını itirən “VAZ-2106” markalı avtomobilin sürücüsüdür. “Toyota Prado”nun sürücüsü və bir sərnişin isə xəsarət alaraq Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
































































































