Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan Bulvarı Körpülü Yol Qovşağı istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində çıxışı zamanı məlumat verib.
“Bu gün şəhər xəstəxanasına və birləşdirici yollara əlavə olaraq, 2,5 kilometr uzunluğundakı Azərbaycan Yol Qovşağı müxtəlif səviyyəli yol qovşağını da açırıq”, - Ərdoğan deyib.
Onun sözlərinə görə, nəqliyyat şəbəkəsində yükü azaltmaq məqsədilə inşa edilən 2,5 kilometr uzunluğundakı müxtəlif səviyyəli yol qovşağı istifadəyə verilib.
Qeyd edək ki, bölgə rəsmiləri bulvara “Azərbaycan” adının verilməsinin “Bir millət, iki dövlət” anlayışını və Türkiyənin cənub-şərqinin Azərbaycanla olan mənəvi bağlarını simvolizə etdiyini bildiriblər.
Bizim.Media































































































