Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Hazırda oxunan: Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

640141

Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir.

Bizim.Media xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı "X" sosial media hesabındakı paylaşımında qeyd olunub.

"3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur. Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri arasında həmrəyliyin və strateji tərəfdaşlığın rəmzidir.

Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir. Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!"



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin