Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI

Hazırda oxunan: Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI

610526

Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 6 nəfər isə 44 günlük Vətən Müharibəsində itkin düşmüş sayılır.

Bu barədə Bizim.Media-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Birinci müharibədə itkin düşənlərdən 3218 nəfər hərbçi, 781 nəfər mülki şəxs olub. Mülki şəxslərdən 71 nəfəri uşaq, 287-i qadın, 319 qoca olub. İtkin düşənlərin 3711-I kişi, 288 nfəri qadındır.

İkinci Qarabağ Müharibəsində itkin düşmüş 6 nəfərin isə hamısı hərbçi olub.
 

Komissiyadan bildirilib ki, indiyədək 32 kütləvi məzarlıq aşkar edilib və ümumilikdə 877 nəfərə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Onlardan 309 nəfəri identifikasiya edilib, 220 nəfərin qalıqları ailələrinə təhvil verilib və dəfn olunub.


Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində 46 nəfərin qalıqları eskumasiya edilib, onlardan 11 nəfəri bu ay ərzində aşkar olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin