Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

Hazırda oxunan: Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

594371

Ucarda oğurluqlar edən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən oğurluq edən Rüstəm İbrahimov və Tərlan Abbasov saxlanılıblar.
 

Gecə saatlarında qara maska ilə mağazaya daxil olan adıçəkilən şəxslər oradan 1500 manatdan artıq pulu ələ keçirərək öz aralarında bölüblər.


Bundan əlavə, R.İbrahimovun bir müddət əvvəl də eyni mağazadan analoji cinayət əməlini törətdiyi və zərərçəkmişə 3000 manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin