Əli Məsimli hazırladığı iki yeni qanun layihəsi barədə danışdı

Hazırda oxunan: Əli Məsimli hazırladığı iki yeni qanun layihəsi barədə danışdı

576289
Moderator.az  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Əli Məsimli Azərbaycanda yaşayış minimumu və ünvanlı dövlət sosial yardımı haqqında qanunvericiliyə dəyişiklik edilməsi barədə hazırladığı iki qanun layihəsi barədə məlumat verib və vurğulayıb ki, yoxsulluq həddinin artıq ehtiyac meyarı ilə deyil, yaşayış minimumuna əsasən ölçülməsinə başlanılması aztəminatlı ailələr üçün çox zəruri hüquqi baza olar.
         
Əli Məsimli bildirib ki, uzun illər Milli Məclisdə sosial məsələlərin müzakirəsi zamanı ehtiyac meyarının yaşayış minimumuna çatdırılması məsələsi mərkəzi yerlərdən birini tutub.Artıq 2023-cü ilin  büdcə zərfində  gələn il üçün ehtiyac meyarının həddi yaşayış minimumu səviyysinə çatdırılıb.Biz bunu müsbət qiymətləndiririk.Çünki meyar- ölçü deməkdir və onun aşağı həddini yaşayış münimumundan aşağı  götürülməsi  düzgün deyil.Beynəlxalq praktikada da bir qayda olaraq əhalinin gəlirləri sahəsində minimum dövlət təminatları yaşayış minimumuna uyğun olaraq tənzimlənir. Bu baxımdan 2023-cü ilin büdcə zərfinə daxil edilən qanun layihələri arasında “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasın Qanununa  dəyişiklik edilməsi barədə AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU və “Ünvanlı dövlət sosial yardımı haqqında”  Azərbaycan Respublikasın Qanununa  dəyişiklik edilməsi barədə AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNUnun da daxil edilməsi yerinə düşərdi. 
       
Əli Məsimli  əlavə edib ki, bir neçə qanun layihəsi hazırlamışıq və artıq onlardan 2-sini-“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasın Qanununa  dəyişiklik edilməsi barədə AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU və “Ünvanlı dövlət sosial yardımı haqqında”  Azərbaycan Respublikasın Qanununa  dəyişiklik edilməsi barədə AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNUnun layihələrini hazırlayıb oktyabr ayının 18-də Azərbaycan Respublikası Milli Məclisinin Aparatının rəhbəri  Fərid Hacıyevə təqdim etmişik.Hesab edirik ki, həmin qanunlar qəbul olunsa, 2023-cü il üzrə büdcə zərfinə Milli Məslisin töhfəsi olardı. 
         
Əli Məsimli qeyd edib  ki, “Yaşayış minimumu haqqında“ Qanuna təklif olunan dəyişikliklər dövlətin sosial siyasətinin həyata keçirilməsi prosesində əhalinin gəlirləri sahəsində minimum dövlət təminatlarının yaşayış minimumuna uyğun olaraq tənzimlənməsinin hüquqi əsaslarını müəyyən etməsini nəzərdə tutur. Belə ki, qanun layihəsinə əsasən  aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə yox,  yaşayış minimumundan aşağı olan ailənin götürülməsi, yoxsulluq həddinin müəyyənləşdirilməsində də yaşayış minimumundan çıxış edilməsi və bu əsasda Ünvanlı Dövlət Sosial Yardımı təyin edilərkən ehtiyac meyarı yox, yaşayış minimumu göstəricisindən istifadə edilmsi təklif olunur.Yəni,əgər yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşirsə, yəni ehtiyac meyarına lüzum yoxdursa, həmin iki qanunda uyğunluqların aparılması, yoxsulluq həddinin artıq ehtiyac meyarı ilə deyil, yaşayış minimumuna əsasən ölçülməsinə başlanılması aztəminatlı ailələr üçün çox zəruri hüquqi baza olaryoxsulluq həddinin artıq ehtiyac meyarı ilə deyil, yaşayış minimumu ilə ölçülməsinə başlanılması aztəminatlı ailələr üçün çox zəruri və həm də yaxşı hüquqi baza olar.
 
Əli Məsimli Müvafiq qanunvericiliyə yğun olaraq  deputın qanunvericilik təşəbbüsünün subyektlərindən biri kimi hazırlayıb təqdim etdiyi “Yaşayış minimumu haqqında“ Azərbaycan Respublikasının Qanununa dəyişikliklər haqqında Azərbaycan Respublikasının Qanununun və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında“ Azərbaycan Respublikasın Qanununa  dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasın Qanun layihələrinin müvafiq prosedur qaydalarına uyğun şəkildə Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə çıxarılaraq qəbul edilməsini,eləcə də  hökumətin,onun iqtisadi blokunun belə layihləri dəstəkləməsini  vacib hesab edib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin