Toy mərasimləri də abıra salınacaq...

Hazırda oxunan: Toy mərasimləri də abıra salınacaq...

53110
Məlahət İbrahimqızı: "Bir çox hallarda toyun hansı formada keçirilməsi toy sahibindən asılı olmur"

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, toy mərasimləri hansısa formada tənzimlənməlidir və buna ehtiyac var. Bu barədə Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

Deputatın sözlərinə görə, insanlar da toy mərasimlərinin formasının dəyişməsini istəyir: “Bir çox hallarda toyun hansı formada keçirilməsi toy sahibindən asılı olmur. Bu sahədə şadlıq saraylarında çox ciddi problemlər var. Toy sahibi menyu verir, şadlıq sarayı onu qəbul etmir, deyir yox, bizim standart menyumuz var, çünki o standart menyu adı altında onlar hədsiz dərəcədə vətəndaşın şəxsi büdcəsinə ziyan vururlar, lazımsız- yeməklər, köhnə qidalar verirlər. Yəni insanlar öz toylarının menyularını özləri müəyyənləşdirə bilmirlər. Şadlıq evləri insanların menyularını qəbul etmir, insanlar da məcburən bununla razılaşmalı olurlar”.

M.İbrahimqızı toyların həddən artıq səs-küylü keçdiyini də diqqətə çatdırıb:

 “Toy mərasimlərində səs-küy də əsas problemlərdən biridir. Toyda kimləsə danışmaq olmur, mərasimdən çıxandan sonra da başağrısı adamı narahat edir. İstənilən halda bu məsələ də hansısa formada tənzimlənməlidir”.
M.İbrahimqızı bu məsələni parlamentdə müzakirəyə çıxarılacağını istisna etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin