Bir sıra avtobusların hərəkət istiqaməti dəyişdiriləcək - SİYAHI

Hazırda oxunan: Bir sıra avtobusların hərəkət istiqaməti dəyişdiriləcək - SİYAHI

270218

10 may Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

xa0

Bakı Nəqliyyat Agentliyindən Moderator.az-a verilən məlumata görə, bu səbəbdən də hərəkət məhdudlaşdırılan və istiqaməti dəyişdirilən küçə və prospektlərə daxil olan marşrutlar - 3, 6, 18, 29, 31, 39, 53, 77, 96, 205, 206 müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin