Rusiyanın məşhur “Taşir” holdinqi 2018-ci ildə Azərbaycanın işğal altındakı torpaqlarındaxa0 4-cü övladı olmuş erməni ailələrinə 800 mindən çox pul paylayıb.
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin verdiyi məlumata görə, bu gün –martın 27-də işğal altındakı Xankəndi şəhərindəxa0 bu xeyriyyə aksiyasıyla bağlı təntənəli tədbirxa0 keçirilib. Tədbirdə iştirak edən çoxuşaqlı ailələrin nümayəndələri “Taşir”in ermənilərin sayının artmasına yönəlmiş bu xeyriyyəçiliyindən çox ruhlandıqlarını bildiriblər. Separatçı rejimin oyuncaq başçısı Bako Saakyanın da qatıldığı tədbirdə konsert də verilib.

Qeyd edilir ki, “Taşir” holdinqi 2018-ci ildəxa0Dağlıq Qarabağ və ətraf rayonlardaxa0 4-cü övladları doğulmuş hər bir erməni ailəsinə 4 min dollar hədiyyə edib. Həmin layihə 2016-cı ildən həyata keçirilir və indiyədək 443 ailə bundan bəhrələnib.

P.S.xa0 Göründüyü kimi, ermənilər torpaqlarımızda saylarının artması üçün əllərindən gələni edirlər...
Sultan Laçın






































































































