Astarada canavar kəndə hücum çəkdi - Biri azyaşlı olmaqla 7 nəfər yaralandı...

Hazırda oxunan: Astarada canavar kəndə hücum çəkdi - Biri azyaşlı olmaqla 7 nəfər yaralandı...

249250
Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib.

Moderator.az “Qafqazinfo”-yaxa0 istinadən xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yayıb. Bildirib ki, Zəngüləş kəndindəki hadisə gecə saatlarında baş verib. Bu zaman şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb.xa0

Analoji hadisə səhər saatlarında Şüvi kəndində baş verib. Kənd sakini Həbib Əlizadənin sözlərinə görə, bir neçə nəfəri yaralayan canavar daha sonra meşəyə qaçıb.xa0

Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir. Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub.

Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin