Ermənilər Bəhmən Vətənoğlunun kəndi yaxınlığında SES tikdilər - FOTOLAR

Hazırda oxunan: Ermənilər Bəhmən Vətənoğlunun kəndi yaxınlığında SES tikdilər - FOTOLAR

235479

Ermənilər Rusiyanın dəstəyi iləxa0 işğal altında saxladıqları Kəlbəcər rayonundakı Lev çayı üzərində su ektrik stansiyası tikiblər.

xa0Moderator.az xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər xəbər yayıb.xa0 Məlumata görə, özünü “dövlət naziri” hesab edən Qaqik Martirosyan bu günlərdə bir neçə kənddəki yeni tikinti obyektlərindəxa0 işlərin gedişi ilə tans olub. Əvvəlcə o, Çərəktar kəndində məktəbxa0 və içməli su qovşağının tikintisinə baş çəkib. Bundan sonra isə Lev çayı üzərində yaradılmış yeni su elektrik stansiyası ilə tanış olub. Avropa texnologiyasına uyğun tiklimiş stansiyanın bu ilin payızında istifadəyə veriləcəyi gözlənilir. Daha sonra separatçı məmur Göyçə-Ağdərə(”Vardenis-Mardakert”) yolu üzərindəki “Xarxaput” adlananxa0 nəzarət-butaxılış məntəqəsində olub və bu məntəqə vasitəsi ilə aparılan ticarətin dövriyyəsi iləxa0 maraqlanıb.xa0 xa0

Q.Martirosyanxa0 Kəlbəcər şəhəri yaxınlığındaxa0 “Ari” proqramınaxa0 uyğun olaraq rayonda işləyəcək gəlmə müəllimlər üçün tikilən yaşayış massivində də olub…

P.S. Xatırladaq ki, Lev çayı öz vətənpərvər və haqpərəst şeirləri ilə xalqın əsl sevgisini qazanmış ustad şair Bəhmən Vətənoğlunun doğulduğu Seyidlər kəndi yaxınlığından və 5 il müəllim işlədiyi Lev kəndindən keçərək Tərtər çayına qovuşur… Bu çayın adı şairin şeirlərinin bəzəyi olub…
xa0xa0
Sultan Laçın


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin