Ekspert: "Etirazların davamı Sarkisyan üçün pis xəbərdir"

Hazırda oxunan: Ekspert: "Etirazların davamı Sarkisyan üçün pis xəbərdir"

222105

Serj Sarkisyanın rəsmi olaraq Ermənistanın baş naziri təyin olunmasına baxmayaraq, etirazların davam etməsi, Ermənistan hakimiyyəti üçün pis xəbərdir.

Moderator.az xəbər verir ki, bunuxa0Oxu.Az-a verdiyi açıqlamada gürcüstanlı politoloq Qela Vasadze bildirib.

“İlk növbədə ondan başlayaq ki, heç bir etiraz müstəqil şəkildə bu qədər davam edə bilməz. Ölkə xaricindən etirazlara dəstəyin hər hansı əlaməti müşahidə olunmur. Deməli aksiyaları Ermənistanın daxilində kifayət qədər nüfuzlu qüvvələr dəstəkləyir.

Nikol Paşinyan indiki halda kifayət qədər vacib fiqurdur, ancaq o, öndə olan şəxsdir, onun arxasında kimlərinxa0durduğu daha vacib məsələdir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, etirazçılar üçün prinsipial məsələ, xarici qüvvələrin dəstəyini qazanmaqdır, ona görə mətbuatı, xüsusilə, Rusiya mətbuatını izləmək vacibdir.

Ermənistanda daxili siyasi gərginliyin Qarabağ münaqişəsinə mümkün təsirlərinə gəlincə, Vasadze bildirib ki, belə böhranlı vəziyyətlərdə rəqabətdə olan hansı qruplaşmanın ölkənin başına gələcəyini proqnozlaşdırmaq çox çətindir.

“Ermənistandan istənilən böhran, ritorikanın kəskinləşməsi ilə nəticələnəcək. Onsuzda regiondaxa0hadisələr dinamik şəkildə inkişaf edir; hansı istiqamətdə inkişaf etdiyini demək çətin olsa da, bu kifayət qədər maraq doğurur”, -deyə gürcü ekspert bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin