Sevdiyi qız intihar edən Azərbaycan şəhidi - FOTO

Hazırda oxunan: Sevdiyi qız intihar edən Azərbaycan şəhidi - FOTO

209104
80-ci illərin sonlarında sovet imperiyasına qarşı baş qaldıran milli-azadlıq hərəkatı getdikcə güclənmək idi. Xüsusilə,hərəkatın önündə gənclər xüsusi fəallığı ilə seçilirdi. Belə gənclərdən biri də imperiya əsgəri tərəfindən vəhşicəsinə döyülüb öldürülən Mikayıl Babayev olub.

Bu barədə araşdırma aparan Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı, araşdımaçı Şərafət Şəfa məlumat verib.

“Mikayıl Babayev ilk qarışıqlıqlarda imperiya tərəfindən ictimai fəallığa görə ən çox təzyiqə məruz qalan gənclərdən biri olub.xa0

Mikayıl Babayev 4 mart 1962-ci ildə Şərur rayonu Vərməziyar kəndində anadan olub. Və ilk şəhid kimi Ulu Öndər Heydər Əliyev onun vətən fədailiyini qiymətləndirərək, böyük şairimiz Xəlil Rzayla birgə ailəsilə görüşüb, adına kənd qəbristanlığında türbə tikdirib."Azadlıq" sədası meydanı bürüyəndə rus ordusunun əsgərləri vəhşicəsinə millətin üstünə yeriyəndə dubinkalarla ilk qətliam edilən Mikayıl Babayev olub. O zaman kimin ağlına gələrdi ki, az müddətdən sonra 20 yanvar yaşanacaq və şəhidlərdən xiyaban yaranacaq. Ona görə də Mikayıl Babayevin qəbri öz doğma kəndindədi. Mikayıl Babayev 1989-cu il dekabrın 20-si şəhidlik zirvəsinə ucalıb. O,gündən anası Həcərin gözləri tutulub. Aldığımız məlumata görə bir müddət sonra Mikayılın sevdiyi qız da intihar edib. Onlardan yalnız bir yadigar üzük qalıb”x9d.

QEYD: Mikayıl Babayev Nizami Rayon Yeni Azərbaycan Partiyasının sədr müavini Ramin Əhmədovun və kikboksinq üzrə dünya çempionu Xəyal Əhmədovun dayılarıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin