“Bu taksi sürücüləri 40-50 manat məbləğində cərimə edilə bilər”x9d ”“ XƏBƏRDARLIQ

Hazırda oxunan: “Bu taksi sürücüləri 40-50 manat məbləğində cərimə edilə bilər”x9d ”“ XƏBƏRDARLIQ

194615

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli yaxın gələcəkdə taksilər üçün 150 dayanacağın istifadəyə veriləcəyini bildirib.

Bakıda 150 taksi dayanacağının yaradılması yol kənarlarında necə gəldi park edilən taksilərin pərakəndəliyinə son qoymaqla yanaşı, şəhərin tıxac probleminin həllinə də töhfə verə bilərmi?

Moderator.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bu yeniliyi müsbət addım kimi xarakterizə edib:

“Bu addım əsasən pərakəndəliyi aradan qaldırmağa yönəlib. Bizim yol hərəkəti haqqındakı qanunda qeyd olunur ki, taksilər müştəriləri yalnız xüsusi işarələnmiş, təşkil olunmuş taksi dayanacaqlarında gözləyə bilər. Qeyri-yerdə dayana bilməzlər. Onlar qeyri-yerdə dayanarlarsa, buna görə 40 manatdan 50 manata qədər cərimə oluna bilərlər. Lakin hamı bilir ki, taksilər bugünkü gün üçün hər yerdə dayanırlar.

150 dayanacağın yaradılması ona yönəlib ki, həm qanunun məlum tələbi icra olunsun, həm də xaos müəyyən qədər aradan qalxsın. Tıxac yaranan yerlərdə taksilər dayanmasın. Təbii ki, bu, hər şeyi həll etməyəcək. Bununla paralel taksilərlə iş görülməli, onların maariflənməsi, yeri gələndə isə məsuliyyətə cəlb edilməsi həyata keçirilməlidir. Taksi sürücüləri anlamalıdırlar ki, hər yerdə dayanmaq olmaz”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin